Bankın fəaliyyəti bərpa edildi

13:58 | 02.07.2014
Bankın fəaliyyəti bərpa edildi

Bankın fəaliyyəti bərpa edildi

Rauf Ağayev: "Aparılan əməliyyatların artması sistemdə problem yaradıb"

Beynəlxalq Bankın fəaliyyəti artıq bərpa edilib. 

Bu barədə ANS PRESS-ə açıqlamasında Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məlumat verib. O bildirib ki, sistemdə kiçik bir problem yarandığı üçün iş bir müddət dayanıb:

"Son günlər rüblük və məzuniyyətə görə aparılan əməliyyatların artması sistemdə problem yaradıb. Bu problemi aradan qaldırmaq üçün sistemi tam dayandırmaq lazım gəldi. İT mütəxəssislərin müdaxiləsindən sonra məsələ həll olunub və sistemin fəaliyyəti tam bərpa olunub". 

Qeyd edək ki, Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanmışdı. Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb