Bu sözləri “Kapital Bank” bankomatlarının işləməməsi ilə bağlı məsələyə aydınlıq gətirən bankın müştəri xidmətləri departamentinin əməkdaşı Axar.az-ın sorğusuna cavab olaraq deyib.“Kapital Bank”ın əməkdaşı metronun “Nəsimi”, “Azadlıq prospekti” və “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən bankomatların təmirə bağlandığını bildirib və bankomatların nə vaxt istifadəyə veriləcəyi vaxtı dəqiq bilmədiyini söyləyib.Bandan müştərilərin digər ATM-lərdən istifadə etməsi də məsləhət görülüb.Xatırladaq ki, adıçəkilən bankın müştərisi olan bəzi paytaxt sakinləri əməkdaşımıza metronun “Nəsimi”, “Azadlıq prospekti” və “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən bankomatların işləməməsi ilə bağlı məlumat vermişdilər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !