ATM faizləri aşağı endirilməlidir- Rüfət Quliyev

Azərbaycanda başqa bankların ATM-lərindən pul çıxaranda faizləri yüksək müəyyən olunduğu üçün insanlar narazıdır. Bunu deputat Rüfət Quliyev keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat deyib.
"1,5% və 2% çox yüksək rəqəmdir. Siz hamınız sərin kobinetlərinizdə oturmusunuz . Biz gündəlik camaatla görüşürük. İnsanlar pulunu,təqaüdünü çıxarmaq üçün kilometrlərlə yol gedir. Necə avtobus dəyişir. Xahiş edirəm bununla bağlı tapşırıq verin yoxlasınlar. Heç olmasa bu faizi 0,5% -ə endirsinlər. Əgər bu faizlər enərsə hər şəhərdə və hər rayonda hər bankın bankomatlarını quraşdırmağa ehtiyac da qalmaz”, - deputat bildirib.
www.anews.az

Millət vəkili həmçinin "exchange”lərin yenidən açılmasını təklif edib və bildirib ki, şənbə və bazar günləri banklar açıq olmadığı üçün turistlər çıxılmaz vəziyyətə düşür.
Mərkəzi Bankın sədri Taleh Kazımov deputata cavab olaraq bildirib ki, yeni qanun layihəsində bu prosesin icrası var. O bildirib ki, bu istiqamətdə işlər görülür.
Günar Nazimqızı
www.anews.az