"1,5% və 2% çox yüksək rəqəmdir. Siz hamınız sərin kobinetlərinizdə oturmusunuz . Biz gündəlik camaatla görüşürük. İnsanlar pulunu,təqaüdünü çıxarmaq üçün kilometrlərlə yol gedir. Necə avtobus dəyişir. Xahiş edirəm bununla bağlı tapşırıq verin yoxlasınlar. Heç olmasa bu faizi 0,5% -ə endirsinlər. Əgər bu faizlər enərsə hər şəhərdə və hər rayonda hər bankın bankomatlarını quraşdırmağa ehtiyac da qalmaz”, - deputat bildirib.
Millət vəkili həmçinin "exchange”lərin yenidən açılmasını təklif edib və bildirib ki, şənbə və bazar günləri banklar açıq olmadığı üçün turistlər çıxılmaz vəziyyətə düşür.
Mərkəzi Bankın sədri Taleh Kazımov deputata cavab olaraq bildirib ki, yeni qanun layihəsində bu prosesin icrası var. O bildirib ki, bu istiqamətdə işlər görülür.
Günar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !