Banqladeş hökuməti Azərbaycana yeni səfir təyin edib.
"Report" Banqladeş mətbuatına istinadən xəbər verir ki, yeni səfir Allama Siddiki olacaq.
A.Siddiki həmçinin Banqladeşin Türkiyə, Bolqarıstan və Ermənistandakı səfiri kimi akkreditasiyadan keçəcək. Daha əvvəl o, Banqladeşin London, İslamabad, Kəlküt və Tokyodakı diplomatik missiyalarında çalışıb.
A.Siddiki bu vəzifədə Cənubi Koreyaya yeni təyinat alan Zulfiqur Rəhmanı əvəz edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !