Barak Obama: “Rusiya cəzasız qalmayacaq” - Sərt Açıqlama

00:48 | 04.03.2014
Barak Obama: “Rusiya cəzasız qalmayacaq” - Sərt Açıqlama

Barak Obama: “Rusiya cəzasız qalmayacaq” - Sərt Açıqlama

"Rəsmi Moskvanın Ukraynaya qoşun yeritməsi tarixinin ən yanlış səhifələrindən biridir"

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı kəskin çıxışlar edib. O, bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi cəzasız qalmayacaq. Onun sözlərinə görə, rəsmi Moskvanın Ukraynaya qoşun yeritməsi tarixinin ən yanlış səhifələrindən biridir.

ANS PRESS-in məlumatına görə, Avropa Birliyinin xarici işlər nazirləri də Rusiyanın Ukraynaya qarşı hərbi gücdən istifadə etməsini qınayıb. İclasda diqqət çəkən məqamlardan biri də Rusiyanın Ukraynaya qarşı mövqeyi “işğal” kimi deyil, “hücum etməsi” kimi qeyd edilib. İclasda müzakirə mövzularından biri də bu olub. 

Toplantıda çıxış edən AB xarici işlər nazirləri Rusiyanı hərbi müdaxilə fikrindən daşınmağa, məsələnin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə çağırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM