ABŞ Prezidenti Barak Obama İrana qarşı sanksiyaları pozan beynəlxalq şirkətlərə qarşı sərt davranılacağı ilə xəbərdar edib.
Fransalı həmkarı Fransua Olandla birgə verdiyi mətbuat konfransında Obama, Tehranla əməkdaşlıq edən şirkətlərin bununla özlərini riskə saldığını, onlara qarşı sərt ölçülərin götürülə biləcəyini diqqətə çatdırıb. Ağ Ev rəhbəri müvəqqəti nüvə sazişinə rəğmən, Tehranla münasibətlərdəki məhdudiyyətlər rejiminin əvvəlki kimi qüvvədə qaldığını bir daha xatırladıb.“Prezident Oland və mən, (cari) sanksiyaların qüvvədə saxlanılmasını vacib sayırıq, ancaq hər ikimiz hesab edirik ki, yeni sanksiyalar əksinə problemin diplomatik yolla həllinə təhlükə yarada bilər”.Qeyd edək ki, Fevralın əvvəli Qərblə Tehran arasında buzların əriməsi fonunda, yüzdən çox fransa şirkəti investisiya və digər məqsədlərlə İrana səfər edib. Obama və Oland arasında digər danışıqlar mövzusu Suriyadakı vəziyyət olub. “Biz Suriyaya qarşı güc tətbiq etməyə hazır idik. Ancaq məsələnin fərqli həlli yolunu tapdıq- danışıqlara başladıq. Kimyəvi silah arsenallarının qismən məhvinə nail olsaq da, hələ ki, münaqişənin siyasi həlli yolunu tapa bilməmişik” - deyə Olland bildirib. Prezidentlər eyni zamanda ölkələr arası ikitərəfli münasibətləri müzakirə edib, jurnalistlərin müxtəlif suallarını cavablandırıb.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !