Oksford Universiteti ilə Norsumbria Universitetinin birlikdə apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, insanlarda qarşı cinsə münasibətlərin formalaşması anadangəlmə olur.
ANN.Az xəbər verir ki, İngiltərənin Teleqraf qəzetinin xəbərinə görə, araşdırma əsnasında bir qrup Şimali Amerikalı ilə İngilis vətəndaşları arasında sərbəst cinsi əlaqə mövzusunda sorğu keçirilib.
Sorğu nəticəsində kişilərin çoxu birarvadlılığa, qadınların isə əksəriyyətinin ərlərinə sadiq olduqları müəyyən edilib.
Araşdırmanın ikinci mərhələsində isə 1314 İngilis vətəndaşının (kişi və qadın) sağ əllərinin oxşar olub-olmamaları barədə araşdırmalar aparılıb, bundan başqa işarə və üzük barmaqlarının ölçüsü müəyyən edilib.
İşarə barmağının üzük barmağına nisbətən qısa olmasının səbəbi, o adamın ana bətnində məruz qaldığı testosteron hormonunun səviyyəsi ilə əlaqədar olduğu müyyənləşdirilib.
İşarə barmağı nə qədər qısadırsa, həmin şəxs o qədər çox testosterona məruz qalmış olur.
Oxford Universitetindən Prof. Robin Dunbar bildirib: "Barmaqlar arasında bu fərq çox kiçikdir və bu araşdırmalar ancaq böyük fərd qrupları arasında aparılarsa hansısa böyük nəticə görmək olar."
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !