Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfər proqramının bəzi detalları bəlli olub. APA-nın komissiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, J. M. Barrozo Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Onun ADA Universitetində “Avropa Birliyi – Azərbaycan: yeni imkanlar və çağırışlar” mövzusunda mühazirə oxuması nəzərdə tutulub. Avropa Komissiyasının məlumatında bildirilir ki, səfər Azərbaycanla AB arasında əlaqələrin fəallaşmasına imkan yaradacaq, strateji tərəfdaşlığın müasirləşdirilməsi və assosiasiya sazişi üzrə danışıqlara yeni impuls verəcək. Qeyd edək ki, bu gün J. M. Barrozonun Moldovaya səfəri başlayır. O, daha sonra Gürcüstana gedəcək və iyunun 13-də Bakıya gələcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !