"Barselona" Arda Turanla bağlı qərarını verdi

20:46 | 07.01.2020

"Barselona" Arda Turanla bağlı qərarını verdi

"Başakşəhər” klubunun yolları ayırdığı Arda Turan müqavilə ilə məxsus olduğu "Barselona"ya geri dönməyəcək..
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi türkiyəli yarımmüdafiəçiyə özünə yeni klub axtarmağı məsləhət görüb. Futbolçunun özünün də artıq "Barselona”da oynamaq şansının olmadığını başa düşərək oraya qayıtmaq istəmədiyi bildirilir.

Qeyd edək ki, Arda Turan 2015-ci ildə "Atletiko"dan "Barselona"ya transfer edilib. 2018-ci ildə isə futbolçu "Başakşəhər"ə icarəyə verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM