"Barselona" bu futbolçusu ilə müqaviləni uzadır

18:00 | 18.09.2021

"Barselona" bu futbolçusu ilə müqaviləni uzadır

İspaniyanın "Barselona" klubu futbolçusu Serxio Roberto ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

Anews.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
İspaniyalı oyunçunun hazırkı müqaviləsi 2022-ci ildə başa çatmalı idi.

Serxio Roberto "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 20 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb