"Barselona" PSJ ilə razılığa gəldi

11:17 | 21.08.2019

"Barselona" PSJ ilə razılığa gəldi

İspaniyanın "Barselona” klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üzrədir.

Offsideplus.az-ın RAC1 radiosuna istinadən verdiyi məlumata görə, keçid hələ rəsmiləşməsə də kataloniyalılar Fransa təmsilçisi PSJ ilə böyük ölçüdə razılıq əldə ediblər. Transferin detalları açıqlanmır.

Bildirilir ki, "Barselona” yüksək tələbatı nəzərə alaraq, artıq satış üçün 27 yaşlı braziliyalı hücumçunun formalarını sifariş edib. 
Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb