İspaniya "Barselona"sının prezidenti Joan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.
Funksioner "TV3"ə açıqlamasında fasilədə 3 yeni futbolçu almaq istədiklərini bildirib.
Onun sözlərinə görə, artıq klub bu istiqamətdə işlərə başlayıb: "Serxio Aqueronun səhhətindəki problemə görə hazırda mərkəz hücumçusu axtarışındayıq. Digər mövqelərlə bağlı işlər isə yaxın günlərdə start götürəcək".
"Barselona" 41 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonunadək müqavilə imzalayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !