İspaniya Liqasında mövsümə adını qızıl hərflərlə yazdıran "Barselona” komandasında yarpaq tökümü başlayıb.
Publika.az xəbər verir ki, argentinalı müdafiəçi Xavyer Maskerano katalon klubundan ayrılmağa qərar verib.
Aldığı zədə səbəbilə yerini Tomas Vermalenə buraxan 33 yaşlı futbolçu müqavilə müddətinin 2019-cu ildə bitməsinə baxmayaraq, komandadan ayrılma vaxtının gəldiyini bildirib.
Maskerano Pep Quardiolanın sistemində mərkəz müdafiəçisindən müdafiəçi mövqeyinə keçən, pas oyununun son illərə damğa vurmasına yardımçı olan əsas oyunçulardan biri olub.
Qeyd edək ki, argentinalı müdafiəçi "Barselona”da 331 dəfə forma geyinib. O, 4 La Liqa, 4 Kral Kuboku, 2 Çempionlar Liqası, 2 UEFA Super Kuboku, 2 FİFA Dünya Kuboku və 3 İspaniya Super Kubokunun qalibi olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !