"Barselona"dan Arda Turan açıqlaması

19:38 | 07.12.2017

"Barselona"dan Arda Turan açıqlaması

"Barselona"nın futbolçusu Arda Turanın zədəsi sağalıb.

Anews.az Fanat.az-a istinadən xəbər verir ki, bu barədə klubun tibb departamentinin açıqlamasında bildirilir.

Artıq 30 yaşlı futbolçu oynamağa tam hazırdır. Baş məşqçi Ernesto Valverde şans verəcəyi halda Arda növbəti oyunda meydana çıxa biləcək.

Qeyd edək ki, türk futbolçu sentyabr ayının əvvəlində milli komandanın düşərgəsində sol ayaq əzələsindən zədə almış, 23 oktyabrda zədəsini yeniləmişdi. O, bu mövsüm həm zədə, həm baş məşqçinin qərarı səbəbindən heç bir rəsmi oyunda meydana çıxmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM