"Barselona"dan "Real"a ağır zərbə

19:11 | 20.07.2018

"Barselona"dan "Real"a ağır zərbə

Kriştiano Ronaldonu "Yuventus"a satan "Real"ın hədəfindəki əsas futbolçunun Eden Hazard olduğunu xəbər vermişdik.


Avropa mediasının məlumatına görə, "Kral Klubu" artıq belçikalı ulduzla anlaşıb və "Çelsi" ilə danışıqları davam etdirir. Ancaq "Real" bu transferlə bağlı ciddi maneə ilə üzləşib.


Qaynarinfo xəbər verir ki, Madrid klubunun əsas rəqibi "Barselona" da Hazarda elçi düşüb. Hətta kataloniyalılar onun qarşılığında London klubuna Osman Dembele və müəyyən məbləğdə pul təklif edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb