"Barselona”nın prezidenti Joan Laporta Super Liqa barədə fikirlərini açıqlayıb.
Bu barədə "Goal” yazıb.
"Bizim bu məsələdə müəyyən mövqeyimiz var və bunu izah edə bilərik. Super Liqa zərurətdir. Digər tərəfdən son söz bizim üzvlərimiz tərəfindən deyiləcək.
Böyük klublar böyük gəlirləri olduğunu nəzərə alaraq öz fikirlərini söyləmək imkanı əldə etmək istədilər. Biz yerli liqaların saxlanmasının tərəfdarıyıq və ona görə də həmişə UEFA ilə dialoqa hazırıq”, - deyə J.Laporta bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !