Dünən FIFA tərəfindən transfer qadağası dondurulan "Barselona" heyətinə növbəti oyunçu cəlb edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub Puşkaş futbol akademiyasının 16 yaşlı oyunçu Matyası heyətinə qatıb. Gələcəyin ulduzlarından hesab olunan macar futbolçu ilə üç illik müqavilə imzalanılıb.
Qeyd edək ki, Matyasın iyuldan "Barsa"nın B komandasında oynayacağı gözlənilir.
Xatırladaq ki, Kataloniya təmsilçisi 18 yaşdan aşağı bəzi futbolçuların transferində qanunsuzluq etdiyi üçün FİFA "Barsa"ya iki transfer dönəmində oyunçu almağı qadağan etmişdi. "Barsa"nın apelyasiya şikayətindən sonra dünyanın ali futbol qurumu cəzanı dondurub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !