Baş bankirdən AÇIQLAMA:" Dollarlaşma artır"

15:24 | 13.10.2015
Baş bankirdən AÇIQLAMA:

Baş bankirdən AÇIQLAMA:" Dollarlaşma artır"


"Manatın devalvasiyası dollarlaşmanın artması ilə müşahidə olunub”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Mərkəzi Bankın əsdri Elman Rüstəmov deyib.  
O qeyd edib ki, bugünkü dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. "Biz dollarlaşmaya olduqca normal baxırıq. Bütövlükdə devalvasiyadan sonra bazarda sakitlik olub. 2014-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 15 mlrd. dollar olub. Bu ehtiyatları biz daxili bazardan almışdıq.  

Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".  

Elman Rüstəmov bildirib ki, hazırda Mərkəzi Bankda valyuta ehtiyatlarının 7 mlrd. dollardır və bu göstərici beynəlxalq normalara uyğundur. Baş bankir əlavə edib ki, üzən məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır:  

"Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq".  

O eyni zamanda qeyd edib ki, bu günə qədər İpoteka Fondunun xətti ilə 700 milyondan çox, 17500-ə yaxın ailəyə ipoteka krediti verilib.  "İpotekanın canlandırılması mühüm əhəmiyyət kəsb edir.  İlk növbədə vəsaitin artırılması faizlərin azaldılması nəzərdə tutulub. Bu prosesə Mərkəzi Bank tərəfindən ciddi dəstək veriləcək”.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM