Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi 2024-cü ilin tələbatına uyğun olaraq, müxtəlif növ printerlər üçün katriclərin satınalınması ilə bağlı keçirdiyi tendərə yekun vurub. Bu barədə tenderlərə bağlı rəsmi saytda məlumat yerləşdirilib.
Tenderin qalibi "CASPİAN SUPPLİES AZE" MMC-dir.
Qalib şirkətə katriclərin alınması üçün 218.808,58 AZN məbləğində pul ödənəcək.
"CASPİAN SUPPLİES AZE" MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır.
Hüquqi təmsilçisi Vahabov Tariel Tofiq oğludur.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !