“Türkiyənin xəbərdarlıqlarını əvvəldən dinləsəydilər, bunlar olmazdı”Türkiyənin baş naziri Əhmət Davudoğlu bayram namazından sonra çıxış edib. ANN.Az saytı "anspress"ə istinadən xəbər verir ki, Davudoğlu öz çıxışında ABŞ-ın vitse-prezidenti Co Baydenə də cavab verib. O, “Baydenin sözlərini qəbul etmək mümkün deyil”, - deyib.“Bir az əvvəl Süleyman Şah türbəsinin komandiri ilə görüşdüm. Onlar da millətimizin bayramını təbrik etdilər. Bütün əsgərlərin səhhətinin yaxşı olduğunu bildirdilər. Millət olaraq yanlarındayıq”, - deyə Davudoğlu əlavə edib.Co Baydenin sözlərinə də cavab olaraq Davudoğlu bunları dedi: “Türkiyənin xəbərdarlıqlarını əvvəldən dinləsəydilər, bunlar olmazdı. Baydenin tənqidlərini qəbul etmək mümkün deyil. Hər kəsin tarixi məsuliyyəti var. Ancaq tarixi məsuliyyət aranmayacaq tək ölkə varsa, o da Türkiyədir”.Xatırladaq ki, bir müddət əvvəl Harvard Universitetindəki çıxışı zamanı Co Bayden İŞİD terror təşkilatının güclənməsində BƏƏ, Səudiyyə Ərəbistanı ilə yanaşı Türkiyəni də günahlandırıb. Onun sözlərinə görə, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı Bəşər Əsədi devirməkdə o qədər iddialı idilər ki, ona qarşı vuruşan hər kəsə pul və silahla dəstək göstərirdilər. Bayden İŞİD-in güclənməsində Türkiyənin Suriya ilə sərhədi uzun müddət açıq saxlamasının təsiri olduğunu da vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !