Gürcüstan parlamenti birpartiyalı ola bilər

15:22 | 23.08.2024
Gürcüstan parlamenti birpartiyalı ola bilər

Gürcüstan parlamenti birpartiyalı ola bilər

"Vahid Milli Hərəkat” müxalifət partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı ola biləcəyi istisna deyil. Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bu gün Moldova parlamenti praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır. Ancaq hər kəs bunu alqışlayır. Eynisi Gürcüstanda da olacaq”, - o bildirib.

Baş nazir parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" və "Vahid Milli Hərəkat"ın düşəcəyini proqnozlaşdırır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti