Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "Qraparak" qəzeti çıxış edib:"Erməni mətbuatı Qaribaşvilinin Çiçernakaberdi ziyarət etdiyini bildirirdi. Amma onun informasiya şöbəsinin ingilis və gürcü dillərində yaydığı məlumatda bu barədə heç nə deyilməyib. Ümumiyyətlə, Qaribaşvili erməni soyqırımı abidəsinə çələng qoymayıb. Siyasi dairələrdə bunu Tiflisin İrəvana qeyri-ciddi partnyor kimi baxması ilə əlaqələndirirlər. Qaribaşvili bura gəlməzdən öncə öz azərbaycanlı həmkarlarını onsuz da xəbərdar etmişdi. Bakı Gürcüstana ən çox investisiya yatıran 4-cü ölkədir. Ona görə də İrəvanın bu münasibətlərdə ciddilik gözləməsi qeyri-adi şey olardı".Qeyd edək ki, erməni mediası dünən Qaribaşvilinin erməni soyqırımı abidəsinə çələng qoyduğu fotoları yayımlamışdı.ANN.Az