• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Baş nazir istefa verdi

Baş nazir istefa verdi
12.03.2014 09:36
Liviyada yaranmış siyasi çəkişmələr fonunda parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir Əli Zidan məğlub ayrılıb. 123 deputat onun hakimiyyətdə qalmasının əleyhinə səs verərək, Zidanı faktiki olaraq tutduğu vəzifədən uzaqlaşdırıb.Baş nazirin işinin etimadsızlıq səsverməsinə qədər gəlib çıxmasına bu həftə yaşanan gərginlik təsir göstərib. Belə ki, şərq əyalətindəki limanı öz nəzarətlərində saxlayan döyüşçü qrup, mərkəzi hökümətə tabe olmayaraq, müstəqil şəkildə neft satacaqlarını bəyan edib. Ölkənin əsas portlarından olan Əl Sidr limanını ələ keçirmiş döyüşçülər hökümətin icazəsi olmadan Liviya limanına daxil olmuş Şimali Koreya bayraqlı tankerə neft doldurmağa cəhd etməklə tərəflər arasında 3 günlük gərginliyin yaşanmasına yol açıb. Liviya konqresinin sözçüsü Ömər Həmdan, Əli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunduğu və deputatların yeni baş naziri seçəcəyi vaxta qədər onun Livan hökümətin başçılıq edəcəyini açıqlayıb. Bazar ertəsi rəsmi Tripoli qoşunların həmin tankeri nəzarətə götürdüyünü açıqlasa da, döyüşçülər bu məlumatı təkzib edib. Etimadsızlıq səsverməsinə gəlincə, hakimiyyətdən getməsi ilə bağlı baş nazir Əli Zidandan hər hansı şərh gəlməyib bu isə yeni silahlı münaqişə potensialını artırır. Çünki Liviyada siyasətçilərin çoxu regional və ideoloji baxımdan bir araya gələn döyüşçülər tərəfindən dəstəklənir. Çoxlarının konqresin çıxardığı qərara qarşı çıxacağı aydın məsələdir. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Dünya 18:31
Fransada təyyarə qəzaya uğrayıb, pilot ölüb
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
Dünya 16:57
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Dünya 15:31
İrlandiyaya məxsus təyyarədə yanğın baş verib, 18 nəfər xəsarət alıb
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Dünya 12:05
Türkiyədə bir neçə bələdiyyə sədri saxlanılıb
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Dünya 10:06
Slovakiya Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol