Baş nazir Leviyevlə görüşüb

18:57 | 13.03.2024
Baş nazir Leviyevlə görüşüb

Baş nazir Leviyevlə görüşüb


Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Buxara Yəhudiləri Konqresinin prezidenti Lev Leviyev ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən bildirilib.
 
Görüşdə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində ardıcıl siyasətin uğurla davam etdirildiyi vurğulanıb.
 
Qeyd edilib ki, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti