Baş nazir qərar imzaladı

12:32 | 17.08.2014
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilib.

ANS PRESS-in məlumatına görə, baş naziri Artur Rasizadə qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, № 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, № 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344) ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda aşağıdakı dəyişikliklər edilməsinə imza atıb:

1. 4.1-ci bəndin birinci və üçüncü cümlələrində "mərkəzi məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.

2. 4.1-ci bəndin ikinci cümləsində və 5.2-ci bənddə "mərkəzi məlumat sisteminə" sözləri "mərkəzi informasiya sisteminə" sözləri ilə əvəz edilsin.

3. 4.1-ci bəndin ikinci abzasında "mərkəzi məlumat bazasının" sözləri "mərkəzi informasiya sisteminin" sözləri ilə əvəz edilsin.

4. 5.1-ci bənddə "mərkəzləşdirilmiş məlumat bazasında" sözləri "mərkəzi informasiya sistemində" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə

ANS PRESS 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM