Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar imzalayıb.
Qərara görə, "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın 5.1-ci və 5.2-ci bəndlərinə aşağıdakı aəyişiklik edilir:
"Siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !