• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar

Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar
21.11.2024 11:16
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.


Qaydalara əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi halda, eləcədə hər hansı bir səbəbdən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılacaq.


Uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması üçün ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri təmsilçi olaraq uçota alınmış şəxsin vəfat etdiyi gündən etibarən 3 ay müddətində yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına və yahud "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət etməlidir.


Ailə üzvlərinin birgə razılığı əsasında ailənin üzvlərindən birinin təmsilçi olması yerli icra hakimiyyəti başçısının inzibati və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya "ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilməlidir.


Bununla yanaşı, uçota alınmış şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Mənzil Məcəlləsinə əsasən, ailə üçün kifayət etdiyi müəyyən edildikdə, uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol