Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilirVəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.
1.1.1-ci yarımbəndə "İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra ", "İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və "İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilir;
1.1.3-cü yarımbənddə "yazılmasını və oxunmasını” sözləri "mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi çıxarılır;
1.1.4-cü yarımbənd ləğv edilir;
1.1.6-cı yarımbəndə "həddində” sözündən sonra ", informasiya sistemi "Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilir;
1.1.10-cu yarımbənddə "(OVİ - opticaly variable ink)” sözləri "(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !