Baş nazirdən təhsil xərcləri ilə bağlı - QƏRAR

09:39 | 04.10.2019
Baş nazirdən təhsil xərcləri ilə bağlı - QƏRAR

Baş nazirdən təhsil xərcləri ilə bağlı - QƏRAR

"Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərarda Nazirlər Kabineti Təhsil Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınıb.

1 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiqlənib.

2 nömrəli əlavə ilə ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin, magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiq edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb