Anews.az xəbər verir ki, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlər aşağıdakılardır:
- xəstəliklərin anonim diaqnostikası (insan immunçatışmazlığı virusu (İİV) infeksiyası, sifilis, hepatit "B” və hepatit "C” xəstəlikləri istisna olmaqla);
- tibbi kosmetoloji yardım (tibbi göstəriş əsasında plastik və bərpa (rekonstruksiya) əməliyyatları istisna olmaqla);
- tibbi göstəriş olmadan pəhrizlə bağlı müayinə və müalicələr;
- cinsin dəyişdirilməsi ilə bağlı cərrahiyyə əməliyyatı və əməliyyatdan sonrakı müalicələr;
- reabilitasiya ilə əlaqəli olmayan masaj, balneoloji prosedurlar;
- xarici ölkələrə səfərdən (müalicə, reabilitasiya və xidməti ezamiyyət istisna olmaqla) əvvəl tropik xəstəliklərə qarşı peyvəndlərin olunması;
- kontakt linzalarla görmə qabiliyyətinin korrektə olunması;
- qiymətli metallardan və keramikadan hazırlanan stomatoloji protezlərin hazırlanması və quraşdırılması.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !