Baş nazirə dörd il iş kəsildi

00:15 | 07.01.2014
Baş nazirə dörd il iş kəsildi

Baş nazirə dörd il iş kəsildi

Adriana Nestase 2001-2004-ci illərdə Rumıniyanın baş naziri olub

Rumıniya ali kassasiya məhkəməsi bu gün keçmiş baş nazir Adriana Nestaseni dörd il həbs kəsib. ANS PRESS “Frans Press” agentliyinə istinadən bildirir ki, o, korrupsiyada və şantajda günahlandırılır. Dekabr ayında ali məhkəmə Nestaseyə bəraət vermişdi. Amma prokurorluq qərarla bağlı şikayət etmişdi. 

İttihama görə, Nestase Çindən gətirilmiş mallar şəklində 630 min avro rüşvət alıb. Bu məbləğə ona məxsus obyektin təmiri də daxildir. Bu işi görmüş şirkətin rəhbəri yüksək dövlət vəzifəsinə təyin edilib. Nestase Rumıniyanın Honkonqdakı konsuluna qarşı da şantajdan istifadə edib, çünki o, məhkəmədə əsas şahidlərdən olub. Keçmiş baş nazirin həyat yoldaşı Danielaya da sənədləri saxtalaşdığına görə üç il həbs kəsilib. Nestase 2001-2004-ci illərdə Rumıniyanın baş naziri olub. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM