Çexiyanın baş naziri Pyotr Neçasa ötən ilin iyununda onun istefasına səbəb olmuş korrupsiya işi üzrə ittiham irəli sürülüb.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, siyasətçinin vəkili Yozef Ljiçarj açıqlamasında bildirib ki, Pyotr Neças parlament üzvlərini rüşvətlə ələ almaqda təqsirləndirilir. Sabiq hökumət başçısı dəfələrlə səlahiyyətlərinin aşmasına yol verdiyini inkar edib. Xatırladaq ki, ötən yay prokurorluq Pyotr Neçasın yaxın silahdaşı, hökumət aparatının rəhbəri Yana Nadyovanı korrupsiya və hakimiyyətdən sui-istifadə etməkdə ittiham edib. Qeyd olunan qalmaqalın fonunda nazirlərin hamısı istefaya getmişdi. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !