Belçikanın paytaxtı Brüsseldə bir barın yaxınlığında yerləşən Alt Paltarı muzeyindən hazırki baş nazir İvan Mayerin alt paltarı oğurlanıb. ANN.Az-ın "The Daily Telegraph"a istinadən xəbərinə görə, insident 19 yanvarda baş verib. Alt paltarının kimin güdazına getdiyi məlum deyil.
"De Dolle Mol" barının sahibi, anarxist və kinorejissor Jan Bikua deyib ki, alt paltarı muzeyini hər zaman maraqlı yer hesab etsə də, kiminsə oradan oğuluq edə biləcəyi heç vaxt ağlına gəlməyib. "İndi mən neyləməliyəm? Müşahidə kameraları yerləşdirməliyəm?" Merin özü hadisə barəsində şərh verməyib.
Bikua oğruların üzərində merin avtoqrafının olduğu tumanı geri qaytaracağına ümid edir. Əgər onlar bunu etsələr, Bikua onları barında pivəyə qonaq edəcək.
Alt paltarı muzeyi "Alt paltarında hamı eynidir!" şüarıyla fəaliyyət göstərir. Sərgi ancaq bazar günləri səhər radələrində açılır, burada Belçikanın hökumət nümayəndələrinin alt paltarlarını görmək mümkündür. Onların muzeyə necə gəlib düşməsi barədə isə məlumat verilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !