Baş nazirin görüşündə yanlış tərcümə həyəcanı

20:56 | 29.01.2014
Baş nazirin görüşündə yanlış tərcümə həyəcanı

Baş nazirin görüşündə yanlış tərcümə həyəcanı

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri tərcüməçi böhranı ilə başlayıb. ANS PRESS-in məlumatına görə, yalnış tərcümə hamını həyəcanlandırıb. Hadisə Ərdoğanla İran prezidentinin birinci müavini İshak Cihangarinin keçirdiyi mətbuat konfransında yaşanıb. Belə ki, tərcüməçi Cihangarinin sözlərini "Türkiyənin İrandan yeni təbii qaz alışı ilə bağlı anlaşma əldə etməsi" kimi tərcümə edib. Mətbuat konfransı bitən kimi jurnalistlər bu barədə suallarına cavab almaq üçün enerji naziri Taner Yıldızın yanına gediblər. Ancaq Yıldız heç bir razılaşma olmadığını və danışıqların davam etdiyini bildirib. Qeyd edək ki, Ərdoğan daha öncə də tərcüməçi ilə bağlı çətinlik yaşamışdı. Belə ki, Yaponiya səfəri təcüməçi qadın Ərdoğanın "Allahdan rəhmət diləyirəm" sözünü yapon dilinə tərcümə edə bilməyincə maraqlı anlar yaşanmışdı. Ərdoğan tərcümə etməkdə çətinlik çəkən xanıma gülərək "Pınar çətinlik çəkirsən düzdürmü?" deyə sual ünvanlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM