Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil-qərargahında qəbul edib.
YAP-dan verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək. Tanışlıq xarakteri daşıyan görüşdə Ə. Əhmədov YAP-ın ölkənin ictimai-siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Görüşdə YAP icra katibinin müavini, MM-in deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Syusan Çesli iştirak ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !