Baş nazirin oğlu casus çıxdı - Ölkə şokda

12:18 | 04.11.2014
Baş nazirin oğlu casus çıxdı - Ölkə şokda

Baş nazirin oğlu casus çıxdı - Ölkə şokda

Qırğızıstanda ən yüksək səviyyəli məmurlardan biri haqqında casusluq maddəsi ilə cinayət işi qaldırılıb.

ANN.Az xəbər verir ki, ölkə məhkəməsi Qırğızıstanın Nazirlər Kabinetinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri, keçmiş baş nazirin oğlu Altınbek Muraliyev haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Prezident Aparatının mətbuat xidməti xəbəri təsdiq edib və məsələnin çox ciddi olduğunu bildirib.Dövlət Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumata görə, şöbə müdiri Altınbek Muraliyev "Dövlət sirri təşkil edən məlumat və faktları toplamaq və beynəlxalq qurumlara çatdırmaq" maddələri ilə şübhəli bilinərək saxlanılıb, hazırda istintaq gedir.A.Muraliyev ölkənin keçmiş baş naziri Amangeldi Muraliyevin oğludur, evlidir, iki övladı var. ANN.AZ

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM