Baş nazirin oğlundan Trampın ünvanına qəribə sözlər: "Xalqımız ona səcdə edir"

15:51 | 11.06.2019
Baş nazirin oğlundan Trampın ünvanına qəribə sözlər:

Baş nazirin oğlundan Trampın ünvanına qəribə sözlər: "Xalqımız ona səcdə edir"

"Donald Tramp İsraildə gerçək bir rok ulduzudur”.

Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu deyib.

ABŞ-da "Blaze” telekanalına müsahibə verən kiçik Netanyahu bildirib ki, israillilər Donald Trampa səcdə edir.

"İsraildə çoxluq Amerikaya, Donald Trampa səcdə edir. O, İsraildə gerçək bir rok ulduzudur. Tramp İsrail ilə yəhudi xalqının bu günə qədər Ağ Evdə sahib olduğu ən yaxşı dostdur. O, yəhudi tarixində daim xatırlanacaq”.

Baş nazirin oğlu Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və ABŞ səfirliyini bu şəhərə köçürmə qərarını tərifləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb