"Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiqlənib.
Anews.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərar məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.
Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.
Sənəddə yazılıb ki, Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !