"Xalq bunu istəsə, Allahın iradəsi yerinə yetər və mən erməni patriarxının xeyir-duasını alaram, o zaman mən kiməm ki, yenə deyirəm, mən bunu istəmirəm, mən ruhani liderəm, bu missiya baş nazir vəzifəsindən bir neçə dəfə yüksəkdir”, - o, İrəvanın mərkəzində yürüş zamanı jurnalistlərin suallarını cavablandırıb.
Arxiyepiskop Baqrat Ermənistan və Kanada vətəndaşıdır və ölkə konstitusiyasına görə, yalnız Ermənistan vətəndaşlığı olan şəxs baş nazir ola bilər. Bu faktı şərh edən keşiş qeyd edib ki, "xalq konstitusiyanı dəyişə bilər”.
"Vətən naminə Tavuş” hərəkatı bütün Ermənistanda hərəkətləri koordinasiya edir, Tavuş bölgəsində dörd kəndin Bakıya verilməsini nəzərdə tutan Azərbaycanla sərhədlərin birtərəfli delimitasiyası və demarkasiyası prosesinə etiraz edir. Hərəkatın ruhani lideri arxiyepiskop Baqratdır, ona qarşı son günlər müxtəlif media orqanları, bloqqerlər və ekspertlər Ermənistan hakimiyyəti və Qərb təşkilatları tərəfindən maliyyələşdirilən informasiya müharibəsinə başlayıblar. Xüsusilə, onlar keşişi ölkədə müxalifət hərəkatı təşkil etmək üçün Rusiya Federasiyasından guya pul almaqda ittiham edirlər.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !