Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib

13:58 | 07.09.2021
Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib

Baş prokurorluq erkən nikah halları ilə bağlı videomüraciət edib

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə növbəti videomüraciət təqdim olunub.

Bildirilir ki, görülmüş tədbirlərə baxmayaraq Azərbaycanda qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem kimi qalır.

Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib.
Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. 
Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.
Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edə bilərsiniz.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb