Baş Prokurorluq həkim terroruyla bağlı hərəkətə keçib

11:28 | 23.12.2013
Baş Prokurorluq həkim terroruyla bağlı hərəkətə keçib

Baş Prokurorluq həkim terroruyla bağlı hərəkətə keçib

Həkim terroru nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızının ölüm işinin araşdırılması ilə bağlı Baş Prokurorluq hərəkətə keçib. Bu barədə “Axar.az”a mərhumun həyat yoldaşı, zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov açıqlama verib. Onun sözlərinə görə, hazırda çinayət işinin materialları öyrənilmək üçün Nəsimi Rayon Prokurorluğundan alınıb:“Ötən həftə zərərçəkən Anar Niftəliyevin Baş prokuror Zakir Qaralova müraciətindən sonra nəhayət qurumdan reaksiya verilib. Belə ki, mərhum Elnarə Tofiqqızının ölüm faktının araşdırılması istiqamətində aparılan istintaqın materialları Nəsimi Rayon Prokurorluğundan alınaraq öyrənilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Baş Prokurorluğun işi öyrəndikdən sonra zəruri tapşırıqlar verəcəyini gözləyirik”. S.Vəkilov müstəqil tədqiqatın gedişinə də aydınlıq gətirib. Araşdırma üçün “Medi Sina” Tibb Mərkəzinə sorğu verdiyini deyən hüquqşünas mərkəzin cavabdan yayındığını bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM