Baş Prokurorluqdan mitinq xəbərdarlığı

18:25 | 14.12.2013
Baş Prokurorluqdan mitinq xəbərdarlığı

Baş Prokurorluqdan mitinq xəbərdarlığı

Baş Prokurorluq 2013-cü il dekabrın 15-də paytaxtın Yasamal rayonu ərazisində rayon İdman Sağlamlıq Kompleksinin stadionunda keçirilməsi planlaşdırılan mitinqlə bağlı xəbərdarlıq edib.Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, mitinq zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli, mitinq təşkilatçıları və iştirakşıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış vaxtlarda və ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM