İki il öncə öldürülmüş yazar Rafiq Tağının istintaqı nə yerdədir? Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov noyabrın 20-də “Media forum” saytının sorğusunu cavablandırıb.
Sorğuya cavabda deyilir: “Məlumat verdiyimiz kimi, qeyd edilən cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayətin açılması ilə bağlı mümkün fərziyyələrin yoxlanılması istiqamətində çoxsaylı şahidlər dindirilib, müayinə, götürmə, istintaq eksperimentləri aparılıb, zəruri ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri keçirilib, habelə sair prosessual tədbirlər görülüb.
Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən istintaq-əməliyyat qrupunun hesabatları müntəzəm olaraq dinlənilərək konkret tapşırıq və tövsiyələr verilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
ANN.Az