Baş Qərargah rəisi cəbhə bölgəsində hərbi hissələri yoxlayır

10:30 | 06.01.2014
Baş Qərargah rəisi cəbhə bölgəsində hərbi hissələri yoxlayır

Baş Qərargah rəisi cəbhə bölgəsində hərbi hissələri yoxlayır

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Bu barədə ANN.Az Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığı, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyəti, müdafiənin dayanıqlığı, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, nizam-intizam və sosial şəraitinin yoxlanılmasıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM