Baş redaktor Baş Prokurorluğa çağırılıb

19:10 | 05.06.2017
Baş redaktor Baş Prokurorluğa çağırılıb

Baş redaktor Baş Prokurorluğa çağırılıb

Baş Prokurorluq daha bir baş redaktora xəbərdarlıq edib.

Qurumun mətbuat xidmətindən anews.az-a verilən məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla "Politico.az” internet portalında yayılmış məlumatda ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla və ictimai rəyi çaşdırmaqla, durmadan güclənən, ən müasir standartlara cavab verən hərbi texnika ilə təmin edilmiş, yüksək hərbi təhsili, mənəvi hazırlığı və döyüş qabiliyyəti olan peşəkar zabit və əsgərlərə malik Azərbaycan ordusu barədə yalan və qərəzli informasiyalar ictimailəşdirilib.

Qeyd edilib ki, portalın baş redaktoru Əsəd Əliyev Baş Prokurorluğa dəvət edilib. "Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq "Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə qanunvericiliyin tələblərinə zidd yalan və qərəzli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti