Tanınmış jurnalist öldürüldü

10:17 | 30.05.2017
Tanınmış jurnalist öldürüldü

Tanınmış jurnalist öldürüldü

İstanbulda "Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Anews.az-ın Vətəninfo.Az-a istinadən verdiyi xəbərə görə, insidentə ailə münaqişəsi səbəb olub.

Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.

İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti