"Bu il qaraqurd sancmasından 5 nəfər ölüb”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb.
Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: "Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var”.
A. Maqsudov qeyd edib ki, ilan sancmalarının sayı artıb: "Bu il 104 nəfər ilan sancması ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb”.
Baş toksikoloq onu da qeyd edib ki, il ərzində 89 nəfər spirtli içkidən zəhərlənib: "Ötən illə müqayisədə bu il spirtli içkidən zəhərlənənlərin sayı daha çox olub. Spirtli içkilərdən zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !