Türkiyəli jurnalist Yağız Sabuncuoğlu futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emrelinin transferi ilə bağlı açıqlama yayıb.
"Qafqazinfo” xəbər verir ki, jurnalist bu barədə Tvitterdə paylaşım edib.
O bildirib ki, Türkiyənin "Başakşehir” klubu M.Emreliyə görə Polşa "Legiya”sına 750 000 avro təklif edib.
Xatırladaq ki, bir həftə əvvəl Türkiyə mətbuatında 24 yaşlı forvardın "Başakşehir”lə anlaşması ilə bağlı xəbər yayılmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !