Başına 200 milyon kəsilən üsyançı komandir həlak oldu

20:49 | 18.11.2013
Başına 200 milyon kəsilən üsyançı komandir həlak oldu

Başına 200 milyon kəsilən üsyançı komandir həlak oldu

Suriya prezidenti Bəşər Əsədin başına 200 milyon dollar pul mükafatı qoyduğu üsyançı komandan Türkiyədə ölüb. 

"Yeni Müsavat"-ın məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb.

Bildirilir ki, daxili qarışıqlıqların hökm sürdüyü Suriyanın Hələb şəhərində keçən şənbə günü rejim qüvvələri tərəfindən müxaliflərin olduğu bir bölgə bombardman edilib. Döyüş təyyarələri ilə təşkil edilən və ağır bombaların istifadə edildiyi bombardmanda "Tövhid briqadası"nın üzvü olan çox sayda adam ölüb. Hücumda Əsəd rejiminin başına 200 milyon dollar pul mükafatı qoyduğu irəli sürülən "Tövhid briqadası" komandiri Abdulkadir Saleh də yaralanıb və yaxınları tərəfindən sərhəddən keçirilərək Türkiyənin Qaziantep şəhərinə gətirilib. Xüsusi bir xəstəxanada müalicə edilən Saleh həkimlərin səyinə baxmayaraq xilas edilə bilməyb və həyatını itirib. Komandir Salehin cənazəsi yarılma əməliyyatlarının ardından yaxınları tərəfindən aparıldığı Suriyada torpağa verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM